QARABAĞ

08 May

Azərbaycan MN: 9 Mayda Rusiya sülhməramlılarının Xankəndidə təntənəli sıra düzülüşü planlaşdırılır

Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.

Bu barədə Azərbaycan Müdafiə NazirliyininFaşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə yaydığı məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.

Həmçinin, Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar.