QARABAĞ

15 Mart

Fransa şirkətindən Qarabağla bağlı Azərbaycana təklif

Əgər "Azərbaycan Dəmir Yolları" QSC gələcəkdə elektrovoz parkını yeniləmə ehtiyacı duyarsa, Fransanın "Alstom" şirkəti ən müasir və güclü yük və sərnişin lokomotivlərini tədarük etməyə hazırdır.

Fins.az bildirir ki, bunu şirkətin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Giyom Tritter deyib.

O bildirib ki, ADY Bakı-Naxçıvan-Türkiyə dəmiryol xəttini bərpa etməyi planlaşdırır və vəziyyətdən asıklı olaraq istismar üçün yeni elektrovozlar tələb oluna bilər

Onun sözlərinə görə, "Alstom" ictimai nəqliyyatda artmaqda olan tələbatı izləyir və şəhər nəqliyyatında mobilliyin təmin olunmasında intellektual və "yaşıl" həll yolları təklif edə bilər.

G.Tritter əlavə edib ki, şirkət Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə bərpa işlərinə diqqət ayırmasını yaxşı başa düşür:

"Alstom" həmin regionlarda dəmiryol infrastrukturunun və şəhər nəqliyyatının inkişafına iştirak etməkdə maraqlıdır".