2020-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2,7 min kilometr yol tikilib və təmir olunub.
Fins.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Tərtər rayonunda 29 kilometr uzunluğunda Tərtər-Çaylı-Suqovuşan avtomobil yolunun rekonstruksiyası davam edir, hazırda işlər yekun mərhələdədir.
Bundan başqa, Tərtər, Çaylı, Suqovuşan və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərini birləşdirən Naftalan şəhərinədəki yeni avtomobil yolunun tikintisi aparlılır.
Eyni zamanda, hesabatda bildirilir ki, 2020-ci ildə azad edilmiş ərazilərdə 90 yeni körpü tikilib.