QARABAĞ

10 Mart

Macarıstan və Azərbaycan azad edilmiş ərazilərin bərpası üzrə birgə layihələri müzakirə edir - Nazir

Yaxın zamanda Azərbaycanla Macarıstan arasında münasibətlərin daha da möhkəmlənməsi gözlənilir.

Fins.az-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığa dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, yaxın zamanlarda enerji və infrastrukturun inkişafı sahəsində iqtisadi münasibətləri genişləndirmək planlaşdırılır. Ötən il ölkələr arasında ticarət dövriyyəsi 9 faiz artıb.

S.Babayevin sözlərinə görə, Macarıstan və Azərbaycan nəqliyyat, ticarət, kənd təsərrüfatı və tikinti sahələrində uğurla əməkdaşlıq edir: "Ölkəmizdə 19 macar şirkəti fəaliyyət göstərir. Hökumətlərarası komissiyanın fəaliyyəti iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək".

Nazir əlavə edib ki, azad edilmiş ərazilərin bərpası üzrə birgə layihələr müzakirə olunur.