Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərinin aktiv fazası başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər.
Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək.
Qeyd edək ki, “Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.