Rusiyalı hərbçilər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi fəaliyyətə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzində işə başlayır.
Rusiyalı hərbçilər atəşkəs rejiminə nəzarətlə bağlı vəzifələrini ortaq şəkildə yerinə yetirmək üçün hazırlıq keçirlər və Azərbaycana gəlməyə hazırlaşırlar.
Bildirilib ki, hazırlıq zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, onun işinin təşkili qaydasını, eyni zamanda, tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.
Qeyd olunub ki, Rusiya və Türkiyə tərəflərindən paritet əsasda təmsil olunan Birgə Mərkəzin şəxsi heyəti vəziyyəti izləmək, atəşkəsə və bütün hərbi fəaliyyətlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə nəzarət edəcəklər.
© APA