QARABAĞ

26 Yanvar

Vətən müharibəsində əlil olanlara avtomobil veriləcək - RƏSMİ

“Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün heç bir növbə yoxdur”.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib. 

Onun sözlərinə görə, Vətən müharibəsində əlil olan şəxslər də növbəlilik əsasında avtomobillə təmin olunacaq:

“2020-ci ildə əlilliyi olan 400 nəfərə avtomobil verilib”.