QARABAĞ

25 Yanvar

Qarabağda 117 km-dən çox yol minalardan təmizləndi

Yanvarın 22-24-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən 9, Dövlət Sərhəd Xidmətindən 2 müraciət daxil olub.
Agentlikdən verilən məlumata görə, daxil olmuş 11 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.