QARABAĞ

18 Yanvar

Füzuli rayonunun Merdinli kəndinin videogörüntüləri - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Merdinli kəndinin videogörüntülərini yayıb.

Fis.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Bir çox tədqiqatçının fikrinə görə, kənd Merdinli nəslinə mənsub ailələr tərəfindən salındığına görə belə adlandırılıb. Kəndin 1750-ci ilə qədərki adı Qarabulaq olub. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Merdinli kəndi Azərbaycan Ordusunun Vətən müharibəsində Şanlı Qələbəsindən sonra noyabrın 9-da işğaldan azad edilib.