QARABAĞ

18 Yanvar

Qarabağda sənaye və tekstil fabrikləri yaradılacaq

Qarabağda məskunlaşacaq vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə sənaye və tekstil fabriklərinin qurulması planlaşdırılır.

Türkiyə Sahibkarları Birliyindən (TÜMKİAD) verilən məlumata görə, layihənin icrasına dair qurumun nümayəndələri 18-22 yanvar tarixlərində Bakıda olacaqlar və ölkənin səlahiyyətli qurumların nümayəndələri ilə görüşəcəklər.

Səfər çərçivəsində Milli Məclisin nümayəndələri, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə də görüşlər keçiriləcək.