QARABAĞ

05 Yanvar

Ermənistanın təcavüzü nəticəsində ziyan çəkmiş vətəndaşlara maddi yardım göstərilir

Bakı, 5 Yanvar Fins.az

Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 6 noyabr və 2020-ci il 14 dekabr tarixli sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, artıq Prezidentin ziyan dəymiş vətəndaşlara ilkin maddi yardım verilməsi haqda 2020-ci il 14 dekabr tarixli Sərəncamının icrasına başlanılıb.