QARABAĞ

23 Dekabr

Cəbhədə döyüşmüş bu şəxslərə 1080 manat veriləcək

Bakı 23 dekabr Fins.az

“Sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə aylıq 360 manat veriləcək”.

Fins.az xəbər verir ki, bunu Xəzər TV-nin “Birinci Studiya” verilişində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib. O bildirib ki, bu, hər bir hərbçiyə şamil olunacaq. 

“Hərbçilərə hər ay üçün 360 manat ödəniləcək. Yəni hər bir hərbçi 3 ay üçün 1080 manat alacaq. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb”.