Bu il 26 məzun qızıl və gümüş nişana layiq görülüb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı illik hesabatda qeyd edilib.
Belə ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, yeddi nəfər isə gümüş nişana layiq görülüb.
Eyni zamanda, Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 20-si gümüş, 28-i bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə, 53 məktəbli uğur qazanıb.