QARABAĞ

02 Dekabr

Putin: Rusiya KTMT və MDB ölkələrinin Qarabağda humanitar əməliyyatlara qoşulmasında maraqlıdır

Bakı, 2 dekabr Fins.az

Rusiya prezidenti Vladimir Putin bildirib ki, RF Dağlıq Qarabağda humanitar səylərə KTMT və MDB üzvü olan tərəfdaş ölkələrin qoşulmasında maraqlıdır.

“Rusiya tərəfi artıq Bakı və İrəvanla əlaqəli şəkildə bütün bu məsələlərlə məşğul olur, təbii ki, biz KTMT və MDB üzrə bütün tərəfdaşlarımızın humanitar səylərə qoşulmasında maraqlıyıq, digər beynəlxalq təşkilatlarla da əməkdaşlıq imkanlarını müzakirə edirik", - deyə Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında bildirib.

O qeyd edib ki, hazırda Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağla bağlı imzalanmış 9 noyabr tarixli bəyanat həyata keçirilir. "İndi hərbi əməliyyatlar zonasında zərər çəkmiş insanlara yardım etmək, qaçqınların geri qayıtması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəniyyət abidələrinin qorunması ilə bağlı humanitar problemlərin həllinə köməklik göstərmək vacibdir", - deyə Putin bildirib.*