Bakı, 01 dekabr Fins.az
Fins.az əslən Laçın rayonundan olan bir qrup Azərbaycan ziyalılarının Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı, çox hörmətli İlham Heydər oğlu Əliyev cənablarına müraciəti-ni təqdim edir
Müraciətdə deyilir , Zati Aliləri, Сənab Ali Baş Komandan, Hörmətli Prezident!
Sizə müraciət etməyimizin səbəbi 30 ilə yaxın səbirsizliklə gözlədiyimiz o müqəddəs anı, torpaqlarımızın erməni işğalından azad olunmasını xalqımıza nəsib etməyinizdir.Tarixi ənənəmiz olan milli qüruru,şərəf və ləyaqəti Azərbaycan xalqına qaytardığınız üçün Sizə və Şanlı Ordumuzun Şəxsi heyətinə dərin hörmət və ehtiramımızı bildiririk. Ali Baş Komandan olaraq Sizin,vətənimizin hər qarışı uğrunda gedən döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin,o cümlədən canı ilə düşmənə sipər çəkərərək şəhid olan mülki soydaşlarımızın ruhu qarşısında baş əyirik. 30 il Ana vətənimiz Azərbaycanın hər qarışı onlara pənah gətirən məcburi köçkünlərimiz və hər bir soydaşımız üçün yolunu həsrətlə gözlədiyimiz Qarabağ idi. Bu gün, artıq Qarabağ Azərbaycandır! Möhtərəm Cənab Prezident bu müqəddəs günləri bizlərə bəxş edən Ümummilli Lider Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan dövləti və onun layiqli davamçısı olaraq Sizin yeritdiyiniz uzaqgörən daxili və xarici siyasət kursudur. Vətən müharibəsinin başlandığı gün, 27 sentyabr 2020-ci il biz Azərbaycan türklərinin, həmçinin müqəddəs vətənimizi öz ana yurdu olaraq sevən, ona ləyaqətlə xidmət edən digər etnik azərbaycanlılar üçün yeni tarixin başlanığıcı kimi qeyd olunacaq. 200 ildən çoxdur ki,Cənubi Qafqaza mənsub olmayan və havadarlarının vasitəsilə bu regiondakı müsəlman-türk torpaqlarının hesabına qondarma erməni dövləti yaradan ermənilər, Qafqaz və Anadolunun müsəlman-türk əhalisinə qarşı soyqırım siyasəti həyata keçirərək bu regionda on minlərlə yaşayış məntəqələrimizi işğal etməklə üzdəniraq “Böyük Ermənistan” adı altında zəbt edib. Nəticədə dünya erməniləri, erməni siyasi-terror təşkilatları və terror üzərində qurulan indiki erməni dövləti milyonlarla türkü xüsusi amansızlıqla qətlə yetirərək ümumdünya tarixinə ləkə olan erməni terrorizminin xronologiyasını yaradıblar.
Möhtərəm Cənab Prezident, məhz Siz, XXI əsr türk dünyasının dərin elmi, siyasi, diplomatik bilik və bacarığa malik olan qətiyyətli Lideri olaraq ermənilərin qondarma “Böyük Ermənistan” xülyasını tarixin arxivinə göndərərək, beynəlxalq aləmdə onların vərdiş etdiyi cəzasızlıq mühitinə son qoydunuz. Siz, bunu Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı olaraq erməni faşizmi üzərindəki möhtəşəm qələbəmizlə bir daha sübut etdiniz. Eyni zamanda Ulu əcdadlarımız olan qədim türk sərkərdələri Oğuz xan, Atilla, Şah İsmayıl və Cümhuriyyət qurucularının daha layiqli varisi olaraq qədim türklərin müharibə, sülh ənənələrinə sadiq qaldınız. 28 il bizlərin səbrsizliyinə qədim türk atalar sözü olan “tozda, dumanda fərman verilməz” nəsihəti ilə cavab verərək bizi uzun illər erməni işğalına qarşı mübarizəyə sövq edən o günü, 44 gün davam edən vətən müharibəsinin qələbəsini bizə nəsib etdiniz. Vətən müharibəsinin davam etdiyi ağır günlərdə dünyada məşhur olan 30-dan şox televiziya kanalları və KİV-nə verdiyıniz müsahibələrdə xalqımızın haqq işini, o cümlədən beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartları,həmçinin bir sıra dövlətlərin yeritdiyi kar və kor diplomatiyasının əsl mahiyyətini dünya ictimaiyyətinin nəzərinə çatdırırsız. Siz bu siyasi, diplomatik bilik və bacarığınız ilə dünya liderlərinə bir örnək oldunuz.
Möhtərəm Prezident! Unutmaq olmaz ki, torpaqlarımızın erməni işğalından azad olunması uğurunda gedən vətən müharibəsində qələbəmizin əldə olunmasında Sizinlə birlikdə gecə və gündüz çiyin-çiyinə çalışan Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti və Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. O, sülhməramlı missiya ilə bir çox dövlətlərdə dünya erməni lobbisinin əsl simasının üzə çıxarılmasında uğurlu layihələrə imza atıb.
Möhtərəm cənab Prezident,Ali Baş Komansdan və xalqımızın əbədi Lideri İlham Əliyev Siz, həm cəbhədə döyüş meydanında, həm də siyasi meydanda qətiyyətli mübarizə apardınız. Bu mübarizədə Sızə və xalqımıza mənəvi-siyasi dayaq olan müsəlman dünyasının Lideri çox hörmətli Türkiyə Respublikasının Cumhurbaşkanı cənab Recep Tayyub Erdoğana və bizimlə bir millət olan Anadolu türklərinə təşəkkürmüzü bildiririk .
Cənab Ali Baş Komandan Allah Sizi və Ordumuzu qorusun! Amin!
Allah Şəhidlərimizə rəhmət etsin!
Qazilərimiz tezliklə sağlıqlarına qovuşsun! Amin!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Məhəmməd Mehdiyev- AMEA-nın akademiki
Knyaz Məmmədov- f.-r.e.d., professor
Şikar Qasımov- t.e.d., professor
Maarif Cəfərov- f.-r.e.d, professor
Müseyib İlyasov- p.e.d., professor
Ələmdar Şahverdiyev-t.e.n.,dosent
Taleh Şirinov- f.-r.e.n., dosent
Zəfər Cəfərov –t.e.n., dosent
Mikayıl Zeynalov- h.ü.f.d., dosent
Hidayət Tağıyev-p.e.n., dosent
Mehman Tanırverdiyev-f.e.n.,dosent
Fuad Abdullayev- f.r.e.n., dosent
Cəbrayıl Qəhrəmanov- p.e.n.,dosent
Vaqif Rüstəmov- i.e.n.,dosent
Elşad Abışov-f.e.n.,dosent və s.