QARABAĞ

01 Dekabr

Qırğızıstan işğaldan azad olunmuş ərazilərə investiya qoya bilər

Bakı, 01 dekabr Fins.az

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ilə Qırğızıstan Respublikasının ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər vəkili Lou Muhamed arasında onlayn görüş keçirilib.

AZPROMO xəbər verir ki, Y. Abdullayev Fondun fəaliyyəti, ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Müvəqqəti işlər vəkili Lou Muhammed Qırğızıstanın Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Qırğızıstanın İnvestisiyaların Təşviqi və Qorunması üzrə Agentliyi ilə əlaqələrin qurulması, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.