Bakı, 20 noyabr Fins.az
Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
Fins.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq