Bakı, 19 noyabr Fins.az
Missiyaya BMT-nin daimi Əlaqələndiricisinin Ofisi,BMT-nin Ərzaq və Kənd TəsərrüfatıTəşkilatı(FAO), Beynəlxalq Miqrasiya Təşkilatı, HumanitarMəsələlərinƏlaqələndirilməsiİdarəsi (OCHA), BMT İnkişaf Proqramı. UNİCEF, Birləşmiş Millətlər TəşkilatınınQaçqınlar üzrə Ali Komissarlığıvə ÜST daxildir.
“Missiya Bərdə, Ağdam və Ağcabədi rayonlarının icra hakimiyyətlərinin başçıları ilə görüşüb, məcburi köçkünlərin, o cümlədən münaqişədən zərər görən icmaların yaşadığı müxtəlif yerlərə baş çəkib. O cümlədən, missiya üzvləri münaqişə yaxınlığındakı kəndləri və məskunlaşma yerlərinə səfər ediblər ki, ziyan dəymiş yaşayış evləri və mülki infrastrukturun miqyasını qiymətləndirsinlər”, - məlumatda qeyd olunur.
Missiya hökumətin fəaliyyətinə əlavə olaraq, müxtəlif sektorlarda müvafiq humanitar reaksiya mexanizmlərini hazırlamağa imkan verəcək nəticələr hazırlayacaq.