QARABAĞ

20 Noyabr

Rusiya Qarabağda daha 5 humanitar mərkəz yaratdı

Bakı, 20 noyabr Fins.az

Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun göstərişinə əsasən, Dağlıq Qarabağda sülhməramlı əməliyyatların aparılması üçün daha 5 humanitar mərkəz yaradılıb.

 Fins.az TASS-a istinadən xəbər verir ki, bunlar Minalardan Təmizləmə, Qarşıduran tərəfləri barışdırma, Nəqliyyat Təminatı, Tibbi Təminat və Ticarət-Məişət Təminatı mərkəzləridir.

 

Qeyd edək ki, bu mərkəzlər Dağlıq Qarabağda humanitar xarakterli məsələlərin kompleks həlli üçün, humanitar reaksiya idarələrarası mərkəzin bir hissəsi olaraq yaradılıb