Bakı, 18 noyabr Fins.az
Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Füzuli rayonunda beynəlxalq KİV-in kameraları qarşısında Ermənistanın atdığı ağ fosfor mərmisi zərərsizləşdirilib. Ağ fosforun istifadəsi qadağandır”, - o əlavə edib.
H.Hacıyev mərminin zərərsizləşdirilməsinin görüntülərini də paylaşıb. Həmin görüntüləri təqdim edirik.
In front of cameras of international media white phosphorus projectiles fired by Armenia was disposed in Füzuli region. Use of white phosphorus is banned. pic.twitter.com/cm6vAxD4lq
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 18, 2020