QARABAĞ

18 Noyabr

Rəyasət Heyəti AMEA-nın “Qarabağ” şöbəsinin yaradılması ilə bağlı qərar qəbul edib

Bakı, 18 noyabr Fins.az 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın “Qarabağ” şöbəsinin yaradılması ilə bağlı qərar qəbul edib.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı Qarabağın gələcək iqtisadiyyatına həsr olunan müzakirələrdə çıxış edərkən AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov deyib.

Onun sözlərinə görə, bu qərar mahiyyət etibarı ilə elə bir qərardır ki, Akademiyanın ümumi iclasına təsdiq olunmalıdır.

“Bizim Akademiyada tanıdıqlarım çox hörmətli alimlər, akademiklər var ki, söhbət əsnasında onlar dəfələrlə deyiblər ki, bu gün hazırdırlar ki, buradakı işlərini qoyub Qarabağa köçsünlər və orada “Qarabağ” universitetinin yaradılması ilə məşğul olsunlar”, - deyə N. İmanov qeyd edib.