Bakı, 18 noyabr Fins.az
Noyabrın 18-də (bu gün) ABŞ və Fransa diplomatları Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün Moskvaya səfər edəcəklər. Fins.az xəbər verir ki, , bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Təsdiq edirik”, – deyə o, belə bir görüşün mümkünlüyü barədə KİV-də yaranmış məlumatları şərh etmək xahişinə cavab olaraq bildirib.
Məlumdur ki, Rusiyadan orada RF XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Popov iştirak edəcək