Bakı, 17 noyabr Fins.az
"Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub".
Fins.az xəbər verir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu münaqişəyə müdaxilə edə bilməzdi: "Ermənistana heç kim təcavüz etməyib".
Rusiya Prezidenti onu da bildirib ki, Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olardı.