Bakı, 17 noyabr Fins.az
"Ankarada türk və rus hərbi nümayəndə heyətləri arasında Dağlıq Qarabağda atəşkəsdən sonra görüləcək işlər başda olmaqla bir sıra məsələlərin müzakirə olunduğu texniki görüşlər keçirildi. Qarşılıqlı fəaliyyətimiz davam edir”.
Fins.ax “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.
Akar Dağlıq Qarabağla bağlı imzalanan bəyanatdan sonra Türkiyə və Rusiyanın Müdafiə Nazirlikləri arasında atəşkəsə nəzarət üzrə Ortaq Mərkəzin yaradılması haqda memorandumun imzalandığını xatırladaraq deyib:
“Bunların hamısı çərçivə sənədidir, içini doldurmaq üçün çalışmaq lazımdır. Bununla əlaqədar Rusiyadan geniş texniki heyət gəldi, görüşlər keçirildi. Qarışılıqlı əməkdaşlığımız davam edir”.