QARABAĞ

15 Noyabr

“Ermənilər Kəlbəcərdən çıxmaları üçün noyabrın 25-nə kimi vaxt istəyib” - Hikmət Hacıyev

Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərindən mülki əhali və hərbi birləşmələrin çıxarılması üçün noyabrın 25-nə kimi vaxt istəyib. 

Fins.az bildirir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

"Azərbaycan işğal olunuş ərazilərində yerləşən mülki əhalini köçürülməsini nəzərə alaraq Azərbaycan öz icazəsini verib. Bununla bağlı hansısa əlavə protokolun imzlanmasına ehtiyac yoxdur. Yalnız Kəlbəcər rayonu üzrə 15 noyabrdan 25 noyabra kimi vaxt istənilib", - deyə Hacıyev əlavə edib.