Dağlıq Qarabağa gedən sülhməramlılar karvanına Rusiyaya məxsus vertolyotlar nəzarət edir.
Fins.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik vertolyotların İrəvandakı Erebuni aviabazasından havaya qalxma anını əks etdirən görüntüləri paylaşıb.
Qeyd olunub ki, “Mi-8” və “Mi-24” hərbi vertolyotları İrəvandan Qarabağa doğru gedən sülhməramlıları müşayiət edir.