Ankarada Türkiyə və Rusiyanın hərbi nümayəndə heyəti Dağlıq Qarabağda atəşkəs rejimi və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Milli Müdafiə Nazirliyində Türkiyə və Rusiyanın hərbi nümayəndə heyətinin texniki danışıqlarının bu günkü hissəsi yekunlaşdı. Müşavirə zamanı Dağlıq Qarabağda atəşkəsdən sonra görüləcək işlər və İdlib başda olmaqla Suriyadakı vəziyyət müzakirə edilib. Danışıqlar sabah davam etdiriləcək”, - deyə məlumatda deyilir.