“Azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstək səbəbindən Kanada PUA-larımızın bəzilərində istifadə etdiyimiz kameralara embarqo qoydu”.
Fins.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz də ASELANS şirkətində yenilərini istehsal etdik, PUA-larımıza qoşub yolumuza davam etdik. Eyni kameralardan daha yaxşısını istehsal etmək üçün layihəyə başlamışıq”, - deyə Ərdoğan bildirib