“İşğal edilmiş torpaqların hamısı Azərbaycana veriləcək”.
Fins.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan atəşkəsi növbəti dəfə pozarsa yenə də bunun bədəlini ödəyəcəklər:
“Ermənistan ya könüllü olaraq bu torpaqlardan çıxacaq, ya da Azərbaycan Ordusu öz torpaqlarını geri alacaq. Bu, artıq Ermənistanın seçimidir".