“Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, lakin bu ayrı razılaşmaların mövzusudur”.
Fins.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən, söhbət Azərbaycan ərazilərində atəşkəsə monitorinq mərkəzinin yaradılmasından gedirdi. Bu, Azərbaycandadır və bu birgə monitorinq mərkəzinin yerləşdirilməsinin nüansları artıq ayrı bir razılaşmanın mövzusudur”, - deyə Kremlin sözçüsü Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünü şərh edərkən vurğulayıb.