QARABAĞ

10 Noyabr

İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin MƏTNİNİ AÇIQLAYIB

Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb.

Fins.az-ın məlumatına görə, noyabrın 10-u saat 00:00-dan etibarən hərbi əməliyyatlar dayandırılır.

Məlumata görə, Ağdam rayonunun işğal altında olan ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılacaq. 

Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiyanın sülhməramlıları yerləşdirilir.

Atəşkəsə nəzarət etmək üçün sülh mərkəzi yaradılır.

Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək. 

Ermənistan işğal etdiyi Kəlbəcəri 15 noyabradək, Laçını isə 1 dekabradək boşaldacaq.

Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarılacaq.

Hərbi əsirlərin və cəsədlərin mübadiləsi həyata keçiriləcək.