QARABAĞ

28 Oktyabr

Ərdoğan Qarabağda Ermənistanın tərəfində 2 min kürd əsilli muzdluların döyüşdüyünü bəyan edib

Türkiyə kəşfiyyatı Dağlıq Qarabağda Ermənistanın tərəfində döyüşlərdə kürd əsilli muzdluların iştirakına dair məlumatın təsdiqini əldə edib.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çərşənbə günü bəyan edib.

“Təsdiq olunmuş kəşfiyyat məlumatlarına əsasən, Kürdistan İşçi Partiyasının 2 min terrorçusu Qarabağda Ermənistanın tərəfində döyüşür. Onlara $600 maaş ödənilir”, - Anadolu agentliyi Ərdoğanın sözlərindən sitat gətirir.

Dağlıq Qarabağda münaqişə tərəfləri biri-birini muzdlulardan istifadə etməkdə ittiham ediblər. Belə ki, Azərbaycanın ünvanına Türkiyənin dəstəyi ilə Suriyadan döyüşçülər gətirməkdə ittihamlar səslənib. Bakı bu məlumatları təkzib edib