Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin guya atəşə tutulması barədə xəbəri məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.
Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.
Fins.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.