Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi raket atəşinə tutmağa davam edir.
Oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.
Xəsarət alanlar yoxdur.
Fins.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.