QARABAĞ

27 Oktyabr

Düşmənin atdığı daha bir Smerç” Tərtərin Düyərli kəndinə düşüb

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşinə tutub.

Fins.az Report-a istinadən xəbər verir ki, düşmən tərəfindən atılan “Smerç” raketi rayonun Düyərli kəndi ərazinə düşüb. Kənd sakini Əvəz Həsənovun həyətinə düşən mərmi xoşbəxtlikdən partlamayıb.