QARABAĞ

22 Oktyabr

Peskov: Qarabağ münaqişəsinin həllində Türkiyənin iştirakı Bakı və Yerevanın razılığı ilə mümkündür

Üçüncü ölkələrin, o cümlədən Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara qoşulması yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür.

Fins.az xəbər  verir ki bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Mövcud həll formatlarında üçüncü ölkələrin iştirakına gəlincə, bu, tamamilə münaqişə iştirakçılarının - Azərbaycan və Ermənistanın siyasi iradəsindən asılıdır", - deyə Peskov bildirib.

Onun sözlərinə görə, "münaqişənin nizamlanmasında iştirak etmək, vasitəçi olmaq yalnız iki tərəfin razılığı ilə mümkündür".

Peskov etiraf edib ki, münaqişə zonasında atəşkəsə hələ əməl olunmur.