QARABAĞ

21 Oktyabr

Ceyhun Bayramov Lavrovla görüşdü

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 20-21 oktyabr tarixlərində Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirib.

Fins.az xəbər verir ki, bu barədə Rusiya XİN Mətbuat xidmətinin məlumatında bildirilir.

Söhbət zamanı Dağlıq Qarabağla bağlı atəşkəs razılaşmalarının icrasına dair aktual məsələlər müzakirə edilib.