Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makronun telefon danışığı olub.
Fins.az TASS-a istinadən xəbər verir ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər. Putin fransalı həmkarını hərbi əməliyyatların eskalasiyasının qarşısını alınması və problemin siyasi-diplomatik yolla tənzimlənməsi üçün danışıqların tezliklə bərpası ilə bağlı atılan addımlar barədə məlumatlandırıb.
Həmçinin, 10 və 17 oktyabr tarixlərində humanitar atəşkəslə bağlı əldə olunmuş razılaşmaya əməl edilməsinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, Rusiya və Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi, eləcə də BMT Təhlükəsizlik Şurasının xətti ilə sıx koordinasiyanın davam etdirilməsinə hazırdır.
(c)Qafqazinfo