QARABAĞ

19 Oktyabr

Prezidentin köməkçisindən erməni əsirlərlə bağlı açıqlama

"Erməni əsirlərə ailə üzvləri ilə əlaqə saxlaması üçün imkan yaradılıb".

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib:

"Azərbaycanda olan iki yaralı erməni əsərinə Azərbaycan Respublikası Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliyini və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək həmin yaralılara da lazımi tibbi yardım göstərildi. Eyni zamanda onların ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər".