QARABAĞ

16 Oktyabr

47 mülki şəxs ölüb, 222 nəfər yaralanıb - Baş Prokurorluq açıqladı

Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

Baş Prokurorluqdan  verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 47 dinc sakin ölüb.

Hadisələr nəticəsində 222 nəfər xəsarət alıb, 1669 ev, 84 çoxmənzilli yaşayış binası, 301 mülki obyekt isə yararsız vəziyyətə düşüb.