Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törədilmiş terror aktı ilə bağlı video-çarx hazırlayıb.
Baş Prokurorluqdan fins.az-a verilən məlumata görə, videomaterial fransız, ispan, alman, rus, ingilis dillərində hazırlanıb. Videonun məqsədi erməni terrorunu yerli və xarici kütləvi informasiya vasitələri, o cümlədən xaricdə yaşayan soydaşlarımıza və dünya ictimaiyyətinə çatdırmaqdır.