“Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkündür”.
Fins.az-ın xəbərinə görə, bunu bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, həmsədrlərin işləyib hazırladıqları təkliflər masa üzərində qalır və təkliflərin tərkibi məlumdur.
Rusiya XİN başçısı qeyd edib ki, hazırkı vəziyyət siyasi prosesi aktivləşdirməyə kömək etməlidir.
© APA