QARABAĞ

13 Oktyabr

Kəmaləddin Heydərov Gəncədə ermənilərin raket zərbələri endirdiyi ərazilərə baxış keçirib

Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncəyə səfər edib.

Fins.az xəbər verir ki, K.Heydərov ermənilərin raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, erməni təxribatı nəticəsində dağılmış mülki obyektlərin və yaşayış binalarının vəziyyəti ilə tanış olub.