Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

Putindən Ərdoğanın “dünya beşdən böyükdür” sözlərinə münasibət

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəşəriyyətin taleyinin hazırda İkinci Dünya Müharibəsində qalib gələn və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin dar dairəsindən asılı olması fikri ilə razılaşmadığını deyib.

Fins.az-ın TASS-a istinadən məlumatına görə, Putin Valday Beynəlxalq Klubunun iclasının moderatorunun sualını cavablandırarkən Ərdoğanın bu cür bəyanatının səbəbini anladığını deyib: “Görünür, o, hesab edir ki, Türkiyə də Təhlükəsizlik Şurasının daimi üzvü ola bilər. Ancaq bu məsələni Rusiya həll etmir. Bu məsələlər konsensus əsasında həll edilir”. 

Putin bir sıra ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına salınması məsələsinin qaldırılmasını ədalətli sayır. “Burada müxtəlif həll yolları mümkündür”, – deyə Putin bildirib.

Xatırladaq ki, Ərdoğan Anqola parlamentində çıxışı zamanı bildirib ki, bəşəriyyətin taleyini İkinci Dünya müharibəsində qalib gələn bir “ovuc” ölkənin mərhəmətinə buraxmaq olmaz. Türkiyə lideri qlobal sistemdə davam edən bərabərsizliklərdən danışarkən, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkəni nəzərdə tutaraq “dünyanın beşdən böyük olduğunu” bildirib.

SHARE THIS STORY

FacebookTelegramTwitter