Əsas xəbərlər
Azərbaycanın top bankları və maliyyə qurumları kibertəhlükəsizliklə bağlı xüsusi departamentlər və baş inzibatçılar formalaşdırır Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

Putin və Baydenin görüşünün vaxtı açıqlanıb

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Cozef Bayden 2022-ci ilin əvvəlində təkbətək görüşə bilər.

Bu barədə “Kommersant” nəşri rəsmi Moskva və Vaşinqton arasında aparılan danışıqlardan məlumatlı olan mənbələrə istinadən yazıb.

Mənbə iki liderin görüşünün vaxtını açıqlayıb: qeyd edilir ki, onlar 2021-ci ilin sonuna kimi videokonfrans formatında onlayn danışıq aparacaqlar, 2022-ci ildə isə şəxsən görəcəklər. Danışıqların gündəliyinin genişlənəcəyi güman edilir. Prezidentlərin ötən ilin iyununda Cenevrədə keçirilən sammitdə əldə olunmuş razılaşmaların icrasını müzakirə edəcəkləri güman olunur.

Qeyd edilir ki, görüşlərin təfərrüatları hələlik razılaşdırılmayıb, ona görə də Kreml və Ağ Ev Putin və Bayden arasında mümkün danışıqları şərh etmir. Noyabrın 9-da Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentlərin danışığına ehtiyac var və onların ünsiyyəti davam etdirilməlidir. “Ancaq hələ dəqiq müddət yoxdur”, – o deyib. Ağ Evin sözçüsü Karin Jean-Pyer də hər hansı görüşlə bağlı deyəcək heç nə olmadığını bildirib.

SHARE THIS STORY

FacebookTelegramTwitter