Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

PAŞA Bank müştərilərə yeni növ ipoteka kreditləri təqdim edib

Ölkənin aparıc korporativ bankı “PAŞA Bank” mövcud ipoteka kreditlərinin çeşidini artıraraq, müştərilərə yeni təqdim edilən bankdaxiliı məhsullardan faydalanmağı təklif edir.

Belə ki, sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyən şəxslər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondu (ARİKZF) tərəfindən təqdim olunan ipoteka kreditləri ilə yanaşı, “PAŞA Bank”ın daxili ipoteka (çıxarışlı və çıxarışsız) kreditlərindən faydalana bilər:

– Güzəştli ipoteka krediti – ARİKZF vəsaiti hesabına Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka krediti;

– Güzəştli dövlət ipoteka krediti – ARİKZF vəsaiti hesabına verilən güzəştli ipoteka krediti;

– Dövlət ipoteka krediti – ARİKZF vəsaiti hesabına verilən ipoteka krediti;

– “PAŞA Bank”ın daxili ipoteka krediti (çıxarışlı) – yeni və köhnə tikili binalarda çıxarışlı mənzillər, fərdi yaşayış və bağ evlərinin alınması üçün Bankın daxili vəsaiti hesabına təqdim edilən ipoteka krediti;

– “PAŞA Bank”ın daxili ipoteka krediti (çıxarışsız) – yeni və köhnə tikili binalarda çıxarışsız mənzillər, çıxarışsız fərdi yaşayış və bağ evlərinin alınması üçün Bankın daxili vəsaiti hesabına təqdim edilən ipoteka krediti.

İpoteka kreditlərinin verilmə şərtləri, faiz dərəcələri, tələb olunan sənədlərin siyahısı ilə yeni yaradılan https://ipoteka.pashabank.az/ veb-saytında tanış olmaq olar.

Göstərilən veb-sayt vasitəsilə dövlət kreditləri üzrə kredit məhsulunu seçib müraciəti onlayn şəkildə göndərmək mümkündür. Bankdaxili ipoteka məhsulları haqqında əlavə məlumat almaq üçün müvafiq səhifənin sonunda yerləşdirilmiş formanı doldurmaq kifayətdir.

SHARE THIS STORY

FacebookTelegramTwitter