Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

Ötən ay paytaxtın nəqliyyat sistemində görülən işlər – HESABAT

Ötən ay paytaxtda müntəzəm marşrut xətləri üzrə avtobusların avtobusların “BakıKarta” inteqrasiyası davam etdirilib. Ay ərzində daha 5 marşrut xəttində gediş haqqının BakıKartla ödənişi təmin edilib. Nəticədə marşrut şəbəkəsində dövriyənin 49 %-i şəffaflaşdırılıb. Vətəndaş müraciətləri nəzərə alınaraq 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi təkmilləşdirilib, 3 yeni marşrut xətti təşkil edilib. 1 marşrut xəttinin fəaliyyəti isə bərpa edilib. Bunun sayəsində Qaradağ rayonun müxtəlif qəsəbələri üzrə sakinlərin ictimai nəqliyyata olan əlçatanlığı artırılıb. Ay ərzində müntəzəm marşrut xətləri üzrə ümumi səyahət sayı 49.9 milyon olub.

Hesabat dövründə 50 küçə və prospektdə 360-dan artıq yol nişanı quraşdılıb. Ümumilikdə son 10 ayda yol nişanları üzrə illik hədəfin 71%-i yerinə yetirilib. 41 yol kəsişməsində quraşdırılan üstünlük nişanları sayəsində təhlükəsizlik artırılıb, yol nəqliyyat hadisələrinin baş vermə riski azaldılıb. 1 küçədə sürət həddi optimallaşdırılıb. 40-dan artıq küçə və prospektdə piyada keçidləri yenilənib. Daha 3 küçədə yeni piyada keçidləri təşkil edilib 2-məntəqədə isə svetofora piyada keçidi seksiyası quraşdırılıb. 28 küçədə hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Vətəndaşların rahatlığı üçün 40-a yaxın ünvanda avtobus dayanacaq məntəqəsi quraşdırılıb. Nəqliyyat axının nizamlanması məqsədilə kəsişmədə sarı kəsişmə toru təşkil edilib. Əlçatanlığın təmin olunması məqsədilə küçə və prospektdə pandus, tumba və məhəccər quraşdırılıb. 2 küçədə isə “İdeal səki” quraşdırılıb. 2 orta məktən binasının ətrafında hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Nəticədə 1200 nəfərə yaxın şagirdin, pedaqoji heyyətin, eləcə də valideyinin təhsil nüəssisəsinə gediş-gəlişi daha təhlükəsiz olub.

Oktyabr ayında BakıNəqliyyat Agentliyinə 2046 vətəndaş müraciəti daxil olub. Ümumi vətəndaş müraciətlərinin cavablandırılması son 10 ayda 90 % -ə çatıb. Ötən ay “ALO141” Çağrı Mərkəzi vasitəsilə 7988 müraciət cavablandırılıb. Sosial şəbəkələr üzərindən də daxil olan vətəndaş müraciətləri də diqqətdə saxlanılıb.  Agentliyin rəsmi sosial şəbəkə hesablarından daxil olan  873 vətəndaş müraciəti təmin edilib. Müraciəti təmin edilən 100 nəfərdən artıq vətəndaş Agentliyə məmnunluğunu bildirib.

SHARE THIS STORY

FacebookTelegramTwitter