Ödəniş kartları ilə əməliyyatlar 34% təşkil edib

Bu ilin oktyabr ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 803 mln. manat həcmində ödəniş həyata keçirilib.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, nağdsız ödənişlərin 5218 mln.manatı elektron ticarətin payına düşür. Məlumata görə, qalan məbləğin 3120 mln. manatı POS-terminallar, 32 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilmişdir. Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34 %-ni təşkil etmişdi.

SHARE THIS STORY

FacebookTelegramTwitter