Əsas xəbərlər
Petkim Star neft emalı zavodunun 18%-ini SOCAR-dan almağı planlaşdırır Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Prezidentdən mikro və kiçik sahibkarlara dəstəklə bağlı – Fərman Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edildi Anar Məmmədov:STAR Neft emalı zavodunda bu gün 28 növ xam neftin testini eləmişik Azərbaycanda bank sektorunun kredit qoyuluşları 11,5% ARTIB Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB Uludağda Yeni İl MACƏRASI Gömrük Komitəsi büdcə öhdəliyinə 111,19% əməl edib-SƏDRDƏN AÇIQLAMA 12 səhmdar cəmiyyətin dövlətə məxsus səhmləri satışa çıxarılır “Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir Gəncədə LED lampaları fabriki açılacaq-DEKABRDA Gəncədə soyuducu zavodu açılacaq Rusiya Xəzər Şurasının yaradılmasını təklif edib TuranBank-dan “İlin fürsəti” nağd kredit kampaniyası DİM-də dekabrın 4-də SAT imtahanı keçiriləcək Belçikada təqaüd proqramına sənəd qəbulu davam edir FBI Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə edə bilir ETSN: Yaxın saatlarda hava şəraiti dəyişəcək Səudiyyə Ərəbistanı bu ölkənin Mərkəzi Bankına 3 milyard dollar yerləşdirəcək “İmmunitet sertifikatı”nın müddətinin uzadılma qaydası açıqlanıb Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərinə səbəb olub “SpaceX” müflis ola bilər “Omikron” artıq 20 ölkəyə yayılıb Laçının işğaldan azad edilməsindən bir il ötür Yen bahalaşıb, Avstraliya dolları dəyər itib Zəngilan Hava Limanının uçuş-eniş zolağının ərazisi minalardan təmizlənib Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 16% artıb İlon Mask yeni Tesla məhsulunu – “kiber fit”i təqdim etdi Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 6% artıb Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb Avropa Enerji Birliyinin rəhbəri Serbiya üçün qazın qiymətini inanılmaz adlandırır AccessBank Qarabağın dirçəlişinə dəstək olur Bu gün OPEC+ ölkələrinin nazirlərinin toplantısı keçiriləcək Azərbaycan nefti UCUZLAŞIB OPEC-in iclası ərəfəsində neft 2%-dən çox bahalaşıb Mərkəzi Bank rəsmi valyuta məzənnələrini açıqlayıb ABŞ birjalarında eniş Ərdoğan: Biz faiz dərəcəsini aşağı salırıq, inflyasiyanın azaldığını görəcəyik ABŞ bank sektorunun mənfəəti təxminən 36% artıb Azərbaycanın sığorta bazarı 12% böyüyüb Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib – FOTO Gömrük ödənişlərindən yayınan şəxslərin sayı AÇIQLANIB Nubank IPO-nun dəyərini 40 milyard dollardan çox azaldıb “Azərtütün”-lə bağlı investisiya müsabiqəsinin qalibi bu şirkət oldu-8 mln 200 min manatlıq köçürmə Helikopter qəzasında həlak olanların SİYAHISI Goldman Sachs Türkiyənin 2021-ci il üçün artım proqnozunu yüksəldir Azərbaycanda bu şirkət investorlardan 4 milyon manat cəlb etmək niyyətindədir “Omikron” ştamı Azərbaycanda ciddi narahatlıq doğurur – RƏSMİ Rusiya Mərkəzi Bankının faiz artımına dair göstərişi “Gənclərin biznes emalatxanası” layihəsinə start verildi Kristal Abşeron işçi axtarır Mobil bankinq təhlükələri kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir? Onlayn biznes krediti zirvədədir Zaur Qəhrəmanov: Azərbaycan Avropaya 7 milyard kubmetr qaz ixrac edib Nazir sosial ödənişlərdə olacaq artımdan danışdı Azərbaycan Türkiyə sığorta bazarına inteqrasiya edir “Yelo Bank”-ın rəhbəri: Bizim bankda rəsmi dollar alışında ciddi fərq yoxdur İstehlaka yararsız heyvan ətinin satışının qarşısı alınıb “Nar” milli internet resurslarına dəstək olur Gəlirliliyi 12,5% olan istiqrazlar satılacaq – anderrayter “AzFinance İnvestisiya Şirkəti”-dir Bakıda koronavirusa görə bağlanan iki məktəb açıldı Çoxmənzilli binalarda quraşdırılan elektrik sayğacları üzrə araşdırmalara dair qərar qəbul edilib Dubay hökuməti Emirates-in IPO-sunu nəzərdən keçirir – aviaşirkətin prezidenti Vüqar Bayramov: Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır Yeni İl Bakurianidə – 198 dollardan başlayan qiymətlərlə AccessBank işçilər axtrır COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb Azərbaycan bankları bu gün 140 milyondan çox dollar aldı Azexport.az portalına 398,7 milyonluq ixrac sifariş Zaur Qəhrəmanov: İnvestisiyaların ümumi dəyərinin 19,5 mlrd. dollara çatacağı gözlənilir BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur – SİYAHI Ən çox bu 5 ölkədən ixrac sifarişi daxil olub “Azərkosmos”-dan 39 milyon dollarlıq xidmət ixracı Azərbaycanda ən çox mal ixrac edən özəl şirkətlər-TOP 10 Azərbaycan qeyri-neft sektoruna aid hansı məhsulu daha çox ixrac edib? Zamanınızı dəyərləndirin Əcnəbilərin Azərbaycanda bank kartı ilə xərcləmələri 5 dəfə artıb Azərbaycanın qeyri-neft ixracı 42% ARTIB Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda nə qədər elektrik enerjisi istehsal edilib? Povel: Omicron iqtisadi risklərin və inflyasiya qeyri-müəyyənliyi artıracaq PASHA Life işçi axtarır Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Ziya Əliyev: “Bir bankın öz öhdəliyini yerinə yetirməməsi yoluxucu digər banklara təsir edir” Kəlbəcərin Qılınclı kəndinin görüntüləri – VİDEO Mərkəzi Bank rəsmisi: Əsas məqsədimiz maliyyə sabitliyini qoruyub saxlamaqdır Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Avropa fond bazaralarında indekslər YÜKSƏLİB Neft BAHALAŞDI Azərbaycan qeyri-neft sənaye məhsulları hansı ölkələrdə satılır? Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Bu sənaye parklarına 40 mln. manatlıq layihələr təqdim edilib-Mikayıl Cabbarovdan AÇIQLAMA “Həmin bankların özləri də bilirlər ki, kibertəhlükəsizliklə bağlı ciddi problemləri var” İndi al sonra ödə Enerji böhranı Qazprom-un xeyrinə olub-REKORD GƏLİR Zakir Nuriyevdən“Rabitəbank”-ın investisiya şirkəti ilə bağlı AÇIQLAMA İtaliya tənzimləyicisi “Google” və “Apple”ı $11.2 mln. cərimələyib Azərbaycanda bu proqram təminatının milli adlı blud versiyası hazırlanır Avropada avtomobil müsabiqəsinin finalında elektromobillər üstünlük təşkil edir Renault qeyri-adi 4 modelini hazırlayıb Dünya Turizm Təşkilatı: “Turizm 2023-cü ildən tez bərpa olunmayacaq” Azərbaycanda dərmanlar ucuzlaşa bilər Tural Məmmədov: Problem bankların sistemlərində deyil.. Hesablama Palatası Elmin İnkişafı Fondunda nöqsanlar aşkar edib SOCAR: “Satışdakı yanacağın keyfiyyətinə nəzarət etmirik” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib Finlandiya yeddi ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb Yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərənlərə vergi güzəşti ediləcək – VİDEO Ağdam Sənaye Parkında nə qədər ərazi minalardan təmizlənib ASAN Xidmət tender elan edir Temperatur 5-7 dərəcə aşağı enəcək – ƏHALİYƏ XƏBƏRDARLIQ Azərbaycanın top bankları və maliyyə qurumları kibertəhlükəsizliklə bağlı xüsusi departamentlər və baş inzibatçılar formalaşdırır Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib Dünya bazarında qəhvənin qiyməti son 10 ilin ən yüksək həddinə çatıb

Nuranə Teymurova: “PAŞA Sığorta”da məhsul yaradılan zaman müştərilərimiz proseslərin tam mərkəzində yer alır – MÜSAHİBƏ

PAŞA Sığorta şirkətinin Agile Transformasiyası üzrə rəhbəri Nuranə Teymurova Fins.az-a müsahibə verib. 

Nuranə Teymurova, artıq 6 ildən çoxdur ki, PAŞA Sığorta şirkətində çalışır. N.Teymurova hazırki vəzifəsindən əvvəl PAŞA Sığortada Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb.

“PAŞA Sığorta”da Agile Transformasiyasına keçid prosesi haqqında maraqlanırdım. Hazırda bununla bağlı vəziyyət necədir?

İlk öncə onu qeyd etmək istərdim ki, şirkətimiz artıq 1 il yarımdır ki, Agile transformasiyasını həyata keçirir. Nəzərinizə çatdırmaq istərdim ki, PAŞA Sığorta ölkəmizdə qeyri-həyat sığorta bazarında bu transformasiyanı həyata keçirən ilk sığorta şirkəti olub. İlkin olaraq əmlak və avtomobil sığorta növləri üzrə başlayan bu keçid, tibbi sığorta blokunun yaradılması ilə davam etdi. Hazırda rəqəmsal sığorta platformalarının yaradılması üzrə də çevik fəlsəfənin tətbiq edilməsi ilə bərabər mövcud proses daha da sürətlə irəliləyir.

Şirkətimizdə transformasiyanın uğurlu olmasının əsas səbəblərindən biri odur ki, bu proses bizdə mərhələli şəkildə və könüllü əsaslarla başladı. Yəni, keçid zamanı əməkdaşlarımızın qarşısına heç bir tələb yaxud məcburiyyət qoyulmayıb. Bundan əlavə, Agile komandalara keçid edən əməkdaşlarımıza biz ilk öncə Agile zehniyyəti, şirkətimizdə çevikliyin hansı formada mümkün ola biləcəyi ilə bağlı təlimlər keçir, daha sonra onlara iş prosesini Agile idarəetməsinə uyğunlaşdırmaları üçün lazımi dəstəyi göstəririk.  Təbii ki, transformasiya zamanı rəhbərliyin əməkdaşlara lazım olan dəstəyi göstərməsi, səlahiyyətləri könüllü olaraq onlara ötürməsi, təklif edilən yeniliklərə və eksperimentlərə açıq olması bizi daha həvəsli olmağa, işimizdə isə daha uğurlu addımlamağa təşviq etdi. Şirkətimiz üçün yüksək əhəmiyyət kəsb edən bu keçid zamanı dünya praktikasında mövcud olan ən effektiv nümunə və təcrübələri analiz etdik. Bunun nəticəsində, menecment və konsaltinq sahəsində fəaliyyət göstərən dünyaca məşhur “McKinsey & Company” şirkətinin təcrübəsindən geniş miqyasda yararlandıq. Əlavə etmək istərdim ki, mütəmadi olaraq ING, Allianz, Türk Telekom, Garanti Bank kimi Agile transformasiyasını uğurla həyata keçirən iri şirkətlərlə təcrübə mübadiləsi aparırıq.

Hansı dəyişiklər olub?

Transformasiyanın şirkətimizə gətirdiyi əsas dəyişiklik bundan ibarətdir ki, hər hansı bir məhsulun yaradılması zamanı heç bir komanda bir-birindən asılı vəziyyətdə qalmır, bu da öz növbəsində vaxt itkisinin və bürokratik amillərin ciddi dərəcədə qarşısını alır. Bundan əlavə , yaradılan məhsulun hər mərhələsində, həmçinin təqdim olunan kampaniyalarda müştəri rəyi nəzərə alınır və birbaşa proseslərə əlavə edilir. Komanda işi olduğu üçün hər bir üzv hazırlanan məhsulu həqiqətən sahiblənir, və təşkilatın ortaq maraqlarını müdafiə etmək üçün əlindən gələn səyi göstərir. Agile idarəetmənin də əsas məqsədi məhz elə budur: Bütün prosesləri çevik şəkildə yönləndirmək.

Agile idarəetmə prinsipi bizə əməkdaşlarımızın motivasiyasının və məhsuldarlığının artırılması üçün lazımi şərait yaradır. İş prosesində lazım olan bütün resurslar eyni komandada yer aldığı üçün yeni məhsul və kampaniyalar daha tez müddətdə təqdim edilir, bütün qərarlar komanda üzvləri tərəfindən birlikdə alınır. Agile idarəetməsində komanda üzvləri arasında münasibət əməkdaşlıq və şəffaflıq üzərində qurulub.

Biz müştərilərlə aparılan davamlı sorğular və onların fikirləri haqqında əldə etdiyimiz məlumatlar əsasında onların tələb və istəklərinə uyğun hər bir məhsul üçün xəyali bir müştəri obrazı yaradırıq. Bu proses bizə məhsulu real müştəriyə təqdim etməzdən öncə onu sınaqdan keçirib, lazımi dəyişiklikləri etməyə imkan verir, və müştəriyə dəyər qatır. Belə ki, biz müştərilərimizi məhsul yaratma prosesinə birbaşa cəlb edərək, müştəri məmnuniyyətinin dayanıqlılığını təmin edirik.

Cari ilin sonuna kimi yeni layihə ilə bağlı proqnozlar necədir?

İndiki halda biz mərhələli olaraq Agile idarəetməsinə keçidi planlayırıq. Cari ilin sonuna kimi müştəri səyahətini daha da asanlaşdırmağı hədəfləyirik. Biz müştərilərimiz üçün əminlik yaradan və yüksək keyfiyyəti təmin edən xüsusi sığorta həlləri təklif edərkən Agile metodologiyasinı tətbiq etməyə çalışırıq.

Başqa sözlə desək, Agile idarəetmə prinsipinə keçid bizim üçün dəyişkən mühitdə daha effektiv fəaliyyət göstərmək, müştəri yönümlü olmaq, daha qısa müddətdə məhsul təqdimatını həyata keçirmək və əməkdaşlarımızın potensialına inanaraq onlarda sahibkarlıq ruhunu ortaya çıxarmaq, həmçinin komanda üzvlərimizin məmnun və məhsuldar fəaliyyətini təmin etmək üçün şərait yaradır.

Kasko sığortası ilə bağlı kampaniyalarınız var. Onlar haqqında ətraflı məlumat verərdiniz zəhmət olmasa.

Kampaniyalarımız ümumi və ya müəyyən seqmenti hədəfləyən təkliflər olaraq müştərilərə təqdim edilir. Hazırda PAŞA Sığortada hər iki istiqamət üzrə müxtəlif kampaniyalarımız mövcuddur.
Neftçilərimizə özəl olaraq Tam Kasko sığortasına 40% endirim kampaniyası aktivdir ki, iş yerinə məxsus sənədi göstərməklə neftçi olduğunu təsdiq edən hər kəs bu fürsətdən yararlana bilər. Bundan əlavə, “Qızıl payızda qızıl təklif” adlı kampaniyamız mövcuddur ki, PAŞA Sığortadan 500-2500 AZN aralığında sığorta haqqı ilə Tam KASKO sığortası əldə edən müştərilər 100 AZN dəyərində hədiyyə kartı və ya endirim, 2500 AZN və daha yüksək sığorta haqqına malik olan müştərilər isə 200 AZN nominallı hədiyyə kartı və ya endirim qazanacaq.
Bunlardan əlavə, il  ərzində şirkətimizdə əmlak və tibbi sığorta üzrə sərfəli kampaniyalar həyata keçiririk.

Sığorta bazarında hansı problemləri görürsünüz?

İndiki şəraitdə əhalinin sığorta haqqında, xüsusilə əmlak sığortası barədə az məlumata sahib olması başlıca problemlərdən biridir. Müşahidələrimiz onu göstərir ki, əhali üçün sığorta maariflənməsi tədbirlərini artırmaq lazımdır. Məsələn, avtomobil sığortası dövlət tərəfindən tənzimləndiyi üçün insanlar icbari sığorta əldə edir, və könüllü sığorta əldə etməyə istəkli olmurlar. İcbari əmlak sığortası üzrə göstəricilər isə daha da aşağıdır. Əmlak sığortasının minimal sığorta haqqı ilə minimum 25 000 AZN sığorta təminatı ilə təklif edilməsinə baxmayaraq, insanlar öz əmlakını sığortalamağa istəkli deyillər.

Hazırda sığorta maarifləndirilməsi istiqamətində PAŞA Sığortanın bir neçə layihəsi mövcuddur. Onu da qeyd edim ki, ASA-nın da sığorta hadisəsi qarşısı alınması istiqamətində sığorta şirkətləri ilə birlikdə həyata keçirdiyi layihənin gerçəkləşməsi üzərində də işlərimiz davam edir.

“PAŞA Sığorta” olaraq illərdir həm sığorta yığımlarında, həm də ödənişlərdə yüksək nəticə göstərirsiniz. Bu nə ilə bağlıdır? Təcrübənizi bölüşə bilərsiniz?

İlkin olaraq bildirmək istərdim ki, bunun ən əsas səbəbi şirkətimizdə çalışan peşəkar əməkdaşlarımızdır. Yatırımımızın ən böyük hissəsini əməkdaşlarımız üçün sərf edirik, və bu uğurumuzun başlanğıcıdır. Təbii ki, şirkətimizin müştəri məmnuniyyətinə verdiyi önəm də burada vacib rol oynayır. Əlavə olaraq, bu uğurlu fəaliyyətimiz həm xidmət keyfiyyətinin, həm də sadiq müştərilərimizin bizə olan inamınının nəticəsidir. Şirkətimizdə baş verən bütün proseslərdə əsas mərkəzimiz müştərimiz və onun məmnuniyyətidir. Bunun göstəricisi olaraq müştərilərimiz də məmnun qaldıqları sığorta şirkətini seçirlər. Həmçinin, mütəmadi olaraq təşkil olunan kampaniyalar da sərfəli qiymətlə sığorta əldə etmək istəyən müştərilərin ilk seçimi olmamıza səbəb olur.

Biz PAŞA Sığorta şirkəti olaraq bazar tələblərinə və müştəri istəklərinə uyğun şəkildə çevik dəyişimə hər zaman hazırıq.

Müəllif: Tuncay Türbəndəzadə

SHARE THIS STORY

FacebookTelegramTwitter