Norm şirkəti “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edir

(c) “Norm” ASC 20 oktyabr tarixindən etibarən işğaldan azad edilmiş Qarabağərazilərinin bərpası ilə əlaqədar keçirilən 1-ci Azərbaycan Beynəlxalq “QarabağınBərpa, Yenidənqurma və İnkişafı” sərgisinin iştirakçısıdır. Sərgiyə müxtəlif sənayemüəssisələri, o cümlədən tikinti materialları, inşaat, yol tikintisi və inftrastruktursahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər cəlb olunub.Norm Sement inşaatda beton texnologiyalarının tətbiqi, beton yolların üstünlükləri,yerli tikinti bazarının inkişafı, tikintidə səmərəliliyin artırılması və yerli tikintimaterialları sektorunun gücləndirilməsi üçün vacib olan tələblər haqda ətraflıməlumatı özündə əks etdirən stendlə təmsil olunur.Stenddə sənaye parklarında, tədris və kənd təsərrüfatı müəssisələrində, istehsalsahələrində, kütləvi turizm obyektlərində, o cümlədən seyrangahların inşasındatətbiq edilən dəmir-beton konstruksiyalar, onların vaxta və vəsaitə qənaət, ətrafmühitə minimum təsiri baxımından üstünlükləri vurğulanır. Burada həmçinineynitipli, orta və azmərtəbəli yaşayış binalarının inşasında, sürətli və planlışəhərsalma fəaliyyətində, mürəkkəb relyefli ərazilərdən keçidi asanlaşdıran tunel,körpü və viadukların inşasında yığma dəmir-betondan istifadə imkanları təbliğolunur.Sərgidə iştirak Qarabağda müasir infrastruktur obyektlərinin tikintisinə dəstəkməqsədilə mövcud və potensial müştərilərlə qarşılaşmaq, onların istək vəgözləntilərini müəyyənləşdirmək baxımından vacib rol oynayır. Sərginin 22 oktyabrtarixinədək davam etməsi planlaşdırılıb.Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm Sement zavodu gündə 5300ton klinker, ildə isə 2.1 milyon sement istehsal gücünə malikdir. “Norm” ASCregionda ilk dəfə Amerika Neft İnstitutu (API) tərəfindən sertifikat əldə etmişdir. Busertifikat sayəsində şirkət yerli və xarici bazarlara ən yüksək standartlara uyğunquyu-tamponaj sementini təqdim etməkdədir.

SHARE THIS STORY

FacebookTelegramTwitter